Skip to main content

Posts

Showing posts from March, 2019

Ərgənəkondan Novruza

Türkün düşüncəsində “baha rın gəlişi ” yeni il kimi qəbul olunub və mühüm əhəmiyyət daşıyır. Novruz bayramı əksər türk kökənli ölkələrdə bahar bayramı kimi qeyd olunur.   “Novruz” fars dilindən tərcümədə “Yeni gün” mənasında işlədilir. İnsan ruhunun da təbiətlə bərabər oyanmasının qeyd edildiyi bir bayram sayılır. Çin qaynaqlarından Kutadgu Bilig-ə , Mahmud Qaşqarlı-dan Biruniyə, Nizami Mulk-un “Siyasətnam ə ”-dən Ağqoyunlu Uzun Həsənin qanunlarına qədər əldə olan materiallarda Novruzla əlaqəli qeydlər vardır. Novruz nə sünniliklə, nə şiəliklə əlaqəsi olmayan, kökü islamdan öncəyə dayanan bir ənənədir. Yəni din və məzhəblə əlaqəli deyildir. 1990-1991-ci illərdə müstəqillik qazanan Azərbaycan, Qırğızıstan, Qazaxstan, Özbəkistan və Türkmənistan 21 Mart-ı Novruz bayram ı / Ərgənəkon bayramı -nı “Milli bayram” olaraq elan etmi şlər. 1991-ci ildə Türkiyə Türk dünyasıyla ortaq bir bayram olaraq qəbul etmişdir. Novruz türk dövlətlərində müxtəlif adlarla da adlanmaqdadır: Nevruz,