Skip to main content

Posts

Showing posts from April, 2019

Azərbaycan-mı Can-mı???

Bu başlığı seçməyimin səbəbi legionerlər barədə olan rəylər barədədir. Beləki legionerlər barədə fikirlər müxtəlifdir.Bir qisim  onlara haqq qazandırır və onların Azərbaycanın müstəqilliyini bu yolda gördüklərinə inanırlar. Digər bir qisim isə onların əsirlikdən canlarını qurtarmaq üçün bu yolu seçdiklərini düşünürlər. Hər iki halda onları “eleştirmek” olmaz deyə düşünürəm, çünki biz həmin tarixi şəraiti  təsəvvür edə bilmərik. Sadəcə alman əsir düşərgələrinin çox qəddar vəziyyəti bizə məlumdur. “General view” vermək istərdim  Alman-sovet müharibbəsinin ilk illərində yaradılmağa başlayan könüllü dəstələr mülkü əhali, əsirlərdən təşkil olunurdu. İlkin dövrlərdə bu könüllülər arxa cəbhədə fəaliyyət göstərsələr də sonralar ön cəbhədə də xidmət etmişlər. Alman hərbi hissələrində xidmət edən belə könüllülər “xivi”  (qısalmış forması:“Nilvswillige”-köməyə hazır olanlar)  adlandırılırdı.  Xivilərin hüquqları genişləndikcə onlar legionerlər, yəni könüllü vuruşanlar kimi qəbul edilməyə ba