Skip to main content

Azərbaycan-mı Can-mı???

Image result for aserbaidschanische legionBu başlığı seçməyimin səbəbi legionerlər barədə olan rəylər barədədir. Beləki legionerlər barədə fikirlər müxtəlifdir.Bir qisim  onlara haqq qazandırır və onların Azərbaycanın müstəqilliyini bu yolda gördüklərinə inanırlar. Digər bir qisim isə onların əsirlikdən canlarını qurtarmaq üçün bu yolu seçdiklərini düşünürlər. Hər iki halda onları “eleştirmek” olmaz deyə düşünürəm, çünki biz həmin tarixi şəraiti  təsəvvür edə bilmərik. Sadəcə alman əsir düşərgələrinin çox qəddar vəziyyəti bizə məlumdur.
“General view” vermək istərdim 🙂
Alman-sovet müharibbəsinin ilk illərində yaradılmağa başlayan könüllü dəstələr mülkü əhali, əsirlərdən təşkil olunurdu. İlkin dövrlərdə bu könüllülər arxa cəbhədə fəaliyyət göstərsələr də sonralar ön cəbhədə də xidmət etmişlər. Alman hərbi hissələrində xidmət edən belə könüllülər “xivi”  (qısalmış forması:“Nilvswillige”-köməyə hazır olanlar)  adlandırılırdı.  Xivilərin hüquqları genişləndikcə onlar legionerlər, yəni könüllü vuruşanlar kimi qəbul edilməyə başlandı.
Almanlar bu dəstələri əvvəlcə işğal olunmuş torpaqların mühafizəsi üçün istifadə etsə də, sonralar partizanlara qarşı onların köməyindən yararlanmışdı.Belə ki, legionerlər həmin yerləri tanıdıqlarına və dil  biliklərin ə görə alman dəstələrinə nisbətən daha böyük təsirləri var idi. Bəzi hallarda isə almanlar məcburiyyət qarşısında qalıb bir neçə şərq taburlarını cəbhəyə göndərirdilər. Qeyd edək ki, belə taburlar hərdən sovet təbliğatının təsirinə düşüb Qızıl Ordusu tərəfınə keçirdilər. 1943-cü ilin sentyabrında isə Kursk döyüşünün nəticələri müzakirə edilərkən Hitler məğlubiyyətin başlıca səbəbini könüllü hissələrin “satqınlığı”nda görmüş və demişdi: “Bu mənə bəsdir. Əmr edirəm ki, bütün hissələri tərksilah edib, bu dəstələri Fransanın şaxtalarına göndərin”.
1942-ci ilin yanvarında isə 1-ci (450-ci) “Türküstan legionu” taburu formalaşmağa başladı ki, burada da müəyyən sayda azərbaycanlılar vardı. Taburun yaradıcısı və birinci komandiri mayor A. Mayer-Mader idi. Mayor A. MayerMader Birinci Dünya müharibəsində kəşfiyyatçı olmuş, uzun illər Şərq ölkələrində işləmiş və xüsusən Çində general Çan Kay Şinin hərbi məsləhətçisi olmuşdu. Türk xalqlarının psixologiyasına və adət-ənələrinə yaxından bələd olan Mayor-Mader müəyyən səbəblərə görə 1942-ci ilin avqustunda vəzifəsindən uzaqlaşdırıldı.
WhatsApp Image 2019-04-17 at 15.31.18
Beləcə, “İldırımsürətli müharibə” mifi dağılmağa başlayanda almanlar legionlar məsələsinə diqqətlə yanaşmağa başladılar. Və 1942-ci ildən etibarən şimali-qafqaz, kalmık, kabardino-balqar, türküstan, tatar, azərbaycan, gürcü və ermənilərdən ibarət milli komitələrin rəsmən yaranmasına icazə verildi.
Milli komitələr yaranmağa başlayır. Gürcü milli komitəsinə Kediya Mekieviç və Qabliani İqnatyeviç, erməni milli komitəsinə Baqdasaryan, Simonyan, Sərkisyan və digər kod adlarıyla fəaliyyət göstərən Abeqyan Artaşes, azərbaycanlı milli komitəsinə isə “Abo” kimi tanınan Fətəlibəy Düdənginski və İsrafilbəy İsrafilov rəhbərlik edirdilər.
Yaxud, 1943-cü ildə Alman radiosunun verdiyi başqa bir xəbərdə deyilirdi: “Mayor Düdənginskinin komandirliyi ilə birinci Azərbaycan batalyonu bolşeviklər əleyhinə mərdliklə vuruşduğuna görə, bu batalyon hücum eləyən alman hissələriylə birgə hərəkət etmək şansı qazanıb”.

WhatsApp Image 2019-04-17 at 15.30.29

Müttəfiq qoşunların qələbəsiylə legionların da bəd talelərində ikinci və daha dəhşətli bir dönəm başlayır. Sovet-Amerika-İngiltərə rəhbərlərinin Yalta görüşündə əldə olunmuş gizli razılığa görə, müttəfiq qoşunlar almanlar tərəfindən vuruşmuş, yaxud əsir düşmüş bütün Sovet vətəndaşlarını SSRİ-yə təhvil verirdilər. Sovet İmperiyası müharibə dövründə geri qayıdan legionerlərin öldürülməsi barədə qərar da vermişdi.
Beləcə, minlərlə azərbaycanlı legioner və əsirlər SSRİ-yə təhvil verilərək, həyatlarını sürgünlərdə, ya da dar ağacında başa vurdular. Bizim qəhrəman Fətəlibəy Düdənginski isə müharibədən sonra da fəaliyyətini dayandırmayaraq, bir sıra Avropa ölkələrində yaşadıqdan sonra Münhenə gəlir və burada məşhur “Azadlıq” radiosunun azərbaycan bölməsinin baş redaktoru kimi işə başlayır.
Sonuncu azərbaycanlı legioner Bəşir Əlizadə 2016-cı ildə vəfat etmişdir. Qazax rayonunda doğulan legioner,  Nyu-Ulmda yaşayıb. Müharibədən sonrakı illərdə o vaxtkı KQB legionçuların “ovuna” çıxsa da, Bəşir Əlizadə sağ qala bilir. Əbdürəhman bəy Fətəlibəyli Düdənginskinin səyləri nəticəsində həyatı xilas olan legioner təqiblərdən yaxa qurtarmaq üçün hətta ad və soyadını dəyişmək məcburiyyətində qalır.
Sonradan EL Televiziya Şirkəti və “Nova Gorica” Kino Mərkəzinin birgə istehsal etdiyi “Düdəngədən Münhenə” sənədli filminin müsahiblərindən biri də Bəşir Əlizadə olur. Bir çox şəxsiyyətlərin müsahibəsinin yer aldğı sənədli filmdə görkəmli diplomat, tarixçi, legionçularla Bəşir Əlizadənin də müsahibəsi filmin əsas informasiya yükünü daşıyır.
Bəşir Əlizadənin müsahibəsindən bir məqamı deyim, o deyir:  “Biz onlardan insanlıq gördük.Yedlinada bir dəfə gördük ki, almanlar qoyunlar gətiriblər.Qoyunların üstünü qırmızı boyamışdılar.Soruşduq ki, əcaba bu nə? Dedilər, sizin Qurban bayramınızdı.Mən Qurban bayramını ilk dəfə orda qeyd etdim, Vətəndə yasaq idi bayram etmək”.
WhatsApp Image 2019-04-17 at 15.31.33
Almanlarla leginonerlərin əlaqəsinin qurulmasında həmin dövrlərdə Münhendə olan Ənvə paşanın qardaşı Nuru paşanın xüsusi rolu olmuşdur. 1918 Bakının azad olunmasında köməyinə görə onun Qafqazlılar və Türküstanlıların üstündə böyük təsiri var idi.
Image result for aserbaidschanische legion
Sizin də fikirləriniz maraqlıdır 🙂 Legionerləri necə qiymətləndirirsiniz?

Bu mövzuda baxmağınızı tövsiyyə etdiklərim:
  1. Nəsiman Yaqublu “Azərbaycan legionerləri”
  2. İlham Tumasın bu mövzuda araşdırmaları
  3. https://www.youtube.com/watch?v=_SCNeGjS9yI&list=LL2aZjj_CHl7JhTnOJPEQQGA&index=8&t=0s

Comments

Popular posts from this blog

Qurdbaşlı Bayrağın Balası Bayraq.

Tarixdə hər bir millətə məxsus yüzlərlə simvollar,  rəmzlər mövcuddur. Türk millətinin də tarixində özünəməxsus rəmzlər və nişanlar yer alır. Türk kimliyinin və kültürünün ayrılmaz bir parçası olan bayraq və sancaqlar da Türk birlik və bağımsızlığının simgəsi-simvoludur. Veksillologiya  – bayraqları öyrənən elm. Azərbaycanda yeni, lakin perspektivli və vacib tədqiqat istiqamətlərindəndir. Yazımda türklərdə tuğ anlayışı; Ilk Müsəlman-Türk dövləti kimi qəbul edilən Qaraxanlıların (840-1212) bayraqlarında yer alan “doqquz tuğ” simvolu barədə məlumat yazacağam. Tuğ – Türklərdə ucuna atın quyruğu taxılmış mızraq. Rəvayətə görə, savaşda sancağını itirən bir türk, atının quyruğunu kəsib mızrağa taxmış və birliyi qorumuşdur. Beləliklə tuğ ortaya çıxmışdır. Sonralar bu quyruq rənglənmiş saçaqlarla əvəz olunmuşdur. Tuğlar zamanla qurdbaşlı bayraq da adlandırılıb. Bəzən hilaldan da istifadə olunan ( əsasən Osmanlı dönəmində) tuğlar, xanın əzəmətinin göstəricisi idi....

Tuareqlər :)

Uzaq Afrika ellərində bir xalq varki burda cəmiyyətdə ancaq qadınların hökmü keçir))) Bu möhtərəm-möhtəşəm xalq  tuareg(q) lərdir. Tuareg(q) xalqı Şimali və Qərbi Afrika xalqlarından olan bərbərlərin bir qoludur. Niger, Mali, Libya, Algeriya and Burkina Faso- kökləri tuareq tayfasındandır. Bəzi mənbələrdə təvarik tayfası kimi də xatırlanır. Tərəkəməlik onların həyat tərzinə çerilmişdir, dəvələrlə çölləri keçib, çadırlarda yaşayırlar. Ərəb yürüşləriylə İslamı qəbul edən bu xalqın kültüründə diqqət yetirilməli məqamlardan biri qadınların cəmiyyətdəki üstün roludur. Soy-kök qadından keçir, heyvanlar, çadırlar, hakimiyyət  və.s. bütün üstünlüklər qadınların əlindədir. Şəkildə təsvir olunanlarda  o “bəxtəvərlərdir”. ))) “Kadınlar saltanatı”-dan daha maraqlısı bu cəmiyyətdə kişilərin örtünməsidir. Digər İslam dövlətlərində qadınların örtünməsi  əsas sayılsada, bu toplum üçün kişilərin örtünməsi  vacibiyyət məsələsidir.

The ethnic origin of Safavids. Ruling before Shah Ismail.

Historical roots of Safavids go back to ancient periods. There have a lot of versions about the origin of Safavid dynasty. In historical literature there have mainly three conceptions about the ethnic origin of Safavids. Some   versions claim that the Safavids were Kurt (Persian), others claimed that they were Turkish  and one more sources indicated them as Arab origin. “Saffat-at-Safa” by Ismail ibn Bazzaz, is only source reflected the further ancestors of Safavids. The work of Darwish Tawakkul is about miracles, a typical sufi book and was composed in the second half of XIV century. The opinion of researches is remarkable that, very few manuscripts subjected changes such as “Saffat-at-Safa”. According to W.W.Bartold, the Safavids were Turkish origin and he attested this with fact sources. This scientist indicated, when he dealt with the eponym of this dynasty, its founder Sheikh Safiaddin (1252-1334) and his generation “this Ardabil sheikhs, undoubtedly, was not P...