Skip to main content

Qurdbaşlı Bayrağın Balası Bayraq.

Tarixdə hər bir millətə məxsus yüzlərlə simvollar,  rəmzlər mövcuddur. Türk millətinin də tarixində özünəməxsus rəmzlər və nişanlar yer alır. Türk kimliyinin və kültürünün ayrılmaz bir parçası olan bayraq və sancaqlar da Türk birlik və bağımsızlığının simgəsi-simvoludur.
Veksillologiya – bayraqları öyrənən elm. Azərbaycanda yeni, lakin perspektivli və vacib tədqiqat istiqamətlərindəndir.
Yazımda türklərdə tuğ anlayışı; Ilk Müsəlman-Türk dövləti kimi qəbul edilən Qaraxanlıların (840-1212) bayraqlarında yer alan “doqquz tuğ” simvolu barədə məlumat yazacağam.

Tuğ – Türklərdə ucuna atın quyruğu taxılmış mızraq.

Rəvayətə görə, savaşda sancağını itirən bir türk, atının quyruğunu kəsib mızrağa taxmış və birliyi qorumuşdur. Beləliklə tuğ ortaya çıxmışdır.
c3bcc3a7ay
Sonralar bu quyruq rənglənmiş saçaqlarla əvəz olunmuşdur. Tuğlar zamanla qurdbaşlı bayraq da adlandırılıb. Bəzən hilaldan da istifadə olunan ( əsasən Osmanlı dönəmində) tuğlar, xanın əzəmətinin göstəricisi idi. Orta əsrlərdə daha çox Osmanlı dövründə tuğlardan geniş istifadə edilmişdir. Tuğlar zaman-zaman tək, yəni bir başlı istifadə olunsada, əsasən 9 başlıdır.

‘’Doqquz Tuğ’’ Qaraxani bayrağı kimi.

Qaraxanlı_bayrağı


İlk Türk-Müsəlman dövləti Qaraxanilərin bayrağında doqquz tuğdan istifadə edilmişdir. Türklərdə “doqquz” müqəddəs-qutlu rəqəm sayılır. (9-doqquz planeti təmsil edir, göy isə 9 qatlıdır). 9 Tuğun olması isə Qaraxanlıların təmsili olaraq  9 gəzəgənə hökm etdiklərini göstərir.

Comments

Post a Comment

Popular posts from this blog

Tuareqlər :)

Uzaq Afrika ellərində bir xalq varki burda cəmiyyətdə ancaq qadınların hökmü keçir))) Bu möhtərəm-möhtəşəm xalq  tuareg(q) lərdir. Tuareg(q) xalqı Şimali və Qərbi Afrika xalqlarından olan bərbərlərin bir qoludur. Niger, Mali, Libya, Algeriya and Burkina Faso- kökləri tuareq tayfasındandır. Bəzi mənbələrdə təvarik tayfası kimi də xatırlanır. Tərəkəməlik onların həyat tərzinə çerilmişdir, dəvələrlə çölləri keçib, çadırlarda yaşayırlar. Ərəb yürüşləriylə İslamı qəbul edən bu xalqın kültüründə diqqət yetirilməli məqamlardan biri qadınların cəmiyyətdəki üstün roludur. Soy-kök qadından keçir, heyvanlar, çadırlar, hakimiyyət  və.s. bütün üstünlüklər qadınların əlindədir. Şəkildə təsvir olunanlarda  o “bəxtəvərlərdir”. ))) “Kadınlar saltanatı”-dan daha maraqlısı bu cəmiyyətdə kişilərin örtünməsidir. Digər İslam dövlətlərində qadınların örtünməsi  əsas sayılsada, bu toplum üçün kişilərin örtünməsi  vacibiyyət məsələsidir.

Ərgənəkondan Novruza

Türkün düşüncəsində “baha rın gəlişi ” yeni il kimi qəbul olunub və mühüm əhəmiyyət daşıyır. Novruz bayramı əksər türk kökənli ölkələrdə bahar bayramı kimi qeyd olunur.   “Novruz” fars dilindən tərcümədə “Yeni gün” mənasında işlədilir. İnsan ruhunun da təbiətlə bərabər oyanmasının qeyd edildiyi bir bayram sayılır. Çin qaynaqlarından Kutadgu Bilig-ə , Mahmud Qaşqarlı-dan Biruniyə, Nizami Mulk-un “Siyasətnam ə ”-dən Ağqoyunlu Uzun Həsənin qanunlarına qədər əldə olan materiallarda Novruzla əlaqəli qeydlər vardır. Novruz nə sünniliklə, nə şiəliklə əlaqəsi olmayan, kökü islamdan öncəyə dayanan bir ənənədir. Yəni din və məzhəblə əlaqəli deyildir. 1990-1991-ci illərdə müstəqillik qazanan Azərbaycan, Qırğızıstan, Qazaxstan, Özbəkistan və Türkmənistan 21 Mart-ı Novruz bayram ı / Ərgənəkon bayramı -nı “Milli bayram” olaraq elan etmi şlər. 1991-ci ildə Türkiyə Türk dünyasıyla ortaq bir bayram olaraq qəbul etmişdir. Novruz türk dövlətlərində müxtəlif adlarla da adlanmaqdadır: Nev...