Skip to main content

Tuareqlər :)

Uzaq Afrika ellərində bir xalq varki burda cəmiyyətdə ancaq qadınların hökmü keçir))) Bu möhtərəm-möhtəşəm xalq tuareg(q)lərdir.
Tuareg(q) xalqı Şimali və Qərbi Afrika xalqlarından olan bərbərlərin bir qoludur. Niger, Mali, Libya, Algeriya and Burkina Faso- kökləri tuareq tayfasındandır.
Bəzi mənbələrdə təvarik tayfası kimi də xatırlanır. Tərəkəməlik onların həyat tərzinə çerilmişdir, dəvələrlə çölləri keçib, çadırlarda yaşayırlar.
Ərəb yürüşləriylə İslamı qəbul edən bu xalqın kültüründə diqqət yetirilməli məqamlardan biri qadınların cəmiyyətdəki üstün roludur. Soy-kök qadından keçir, heyvanlar, çadırlar, hakimiyyət  və.s. bütün üstünlüklər qadınların əlindədir. Şəkildə təsvir olunanlarda  o “bəxtəvərlərdir”. )))

0x0-2
“Kadınlar saltanatı”-dan daha maraqlısı bu cəmiyyətdə kişilərin örtünməsidir. Digər İslam dövlətlərində qadınların örtünməsi  əsas sayılsada, bu toplum üçün kişilərin örtünməsi  vacibiyyət məsələsidir.

Comments

  1. Merit Casino | Enjoy a chance to win with our online
    If you want to win at the Merit Casino and play for real money, you need worrione to be a master at it. Learn how you can win at the Merit Casino and play for deccasino real money at 메리트카지노

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Qurdbaşlı Bayrağın Balası Bayraq.

Tarixdə hər bir millətə məxsus yüzlərlə simvollar,  rəmzlər mövcuddur. Türk millətinin də tarixində özünəməxsus rəmzlər və nişanlar yer alır. Türk kimliyinin və kültürünün ayrılmaz bir parçası olan bayraq və sancaqlar da Türk birlik və bağımsızlığının simgəsi-simvoludur. Veksillologiya  – bayraqları öyrənən elm. Azərbaycanda yeni, lakin perspektivli və vacib tədqiqat istiqamətlərindəndir. Yazımda türklərdə tuğ anlayışı; Ilk Müsəlman-Türk dövləti kimi qəbul edilən Qaraxanlıların (840-1212) bayraqlarında yer alan “doqquz tuğ” simvolu barədə məlumat yazacağam. Tuğ – Türklərdə ucuna atın quyruğu taxılmış mızraq. Rəvayətə görə, savaşda sancağını itirən bir türk, atının quyruğunu kəsib mızrağa taxmış və birliyi qorumuşdur. Beləliklə tuğ ortaya çıxmışdır. Sonralar bu quyruq rənglənmiş saçaqlarla əvəz olunmuşdur. Tuğlar zamanla qurdbaşlı bayraq da adlandırılıb. Bəzən hilaldan da istifadə olunan ( əsasən Osmanlı dönəmində) tuğlar, xanın əzəmətinin göstəricisi idi....

Ərgənəkondan Novruza

Türkün düşüncəsində “baha rın gəlişi ” yeni il kimi qəbul olunub və mühüm əhəmiyyət daşıyır. Novruz bayramı əksər türk kökənli ölkələrdə bahar bayramı kimi qeyd olunur.   “Novruz” fars dilindən tərcümədə “Yeni gün” mənasında işlədilir. İnsan ruhunun da təbiətlə bərabər oyanmasının qeyd edildiyi bir bayram sayılır. Çin qaynaqlarından Kutadgu Bilig-ə , Mahmud Qaşqarlı-dan Biruniyə, Nizami Mulk-un “Siyasətnam ə ”-dən Ağqoyunlu Uzun Həsənin qanunlarına qədər əldə olan materiallarda Novruzla əlaqəli qeydlər vardır. Novruz nə sünniliklə, nə şiəliklə əlaqəsi olmayan, kökü islamdan öncəyə dayanan bir ənənədir. Yəni din və məzhəblə əlaqəli deyildir. 1990-1991-ci illərdə müstəqillik qazanan Azərbaycan, Qırğızıstan, Qazaxstan, Özbəkistan və Türkmənistan 21 Mart-ı Novruz bayram ı / Ərgənəkon bayramı -nı “Milli bayram” olaraq elan etmi şlər. 1991-ci ildə Türkiyə Türk dünyasıyla ortaq bir bayram olaraq qəbul etmişdir. Novruz türk dövlətlərində müxtəlif adlarla da adlanmaqdadır: Nev...