Məlumdur ki, Xristofor Kolumb Amerika qitəsini kəşf edən zaman, buranın “Qərbi Hindistan” olduğunu zənn edir və burada yaşayan tayfaları hindular (Indian) adlandırır. Məhz bu qızıldərili-hindularla (Yeni Dünya Yerliləri) türklər arasında genetik bağlılıq vardır.
Prof. Dr. Reha Oğuz Türkkanın “Türkler ve Kizilderililer” kitabının üz qabığından: “Atatürk’ün Son 20 Yılını Verdiği Büyük Araştırması”.
Beləki, DNT analizlərindən uzun zaman əvvəl Tomas Cefferson və Constantin Rafines türklərlə qızıldərilər arasında ilkin bənzərlikləri gostərmişlər. Qızıldərililərin Asiya qitəsindən Bering boğazını keçib Amerikaya gəlməklərini də Tomas Cefferson təsdiqləmişdir.
“Science” jurnalında yayımlanan məqaləyə görə, Oregon Universitetindən Dennis Jenkins tədqiq etdiyi mağaradan əldə etdiyi DNA-ların Asiya kökəninə işarət etdiyini bildirmişdir.
Türklərlə qızıldərilər arasında bənzərlik təkcə genetik faktorlarla məhdudlaşmır, həmçinin onlar arasında kültür bənzərlikləri mövcuddur. Məsələn, iki qrup arasında dildə güclü bağlılıq vardır.
Hata | Ata (Əcdad) |
Havasu | Mavi hava və su |
Kan | Xan, Kağan |
İte | Köpək |
Təqvim.
12 heyvan adı ilə istifadə olunan təqvim də hər iki qrup üçün oxşar amillərdəndir.Bəzi mənbələrə görə bu təqvim mayyalılara e.ə. 353-cü ildə Olmeks sivilizasiyasından keçmişdir. Çinlilər bu təqvimlə türk mənşəli Su-Chunun hakimiyyəti dövründə tanış olmuşlar. 1874-cü ildə meksikalı tarixçi V.H.Preskot bu təqvimin Tatar Türkləri tərəfindən hazırlandığını bildirmişdir.
Comments
Post a Comment