Skip to main content

Ərgənəkondan Novruza


Türkün düşüncəsində “baharın gəlişi” yeni il kimi qəbul olunub və mühüm əhəmiyyət daşıyır. Novruz bayramı əksər türk kökənli ölkələrdə bahar bayramı kimi qeyd olunur.
 “Novruz” fars dilindən tərcümədə “Yeni gün” mənasında işlədilir. İnsan ruhunun da təbiətlə bərabər oyanmasının qeyd edildiyi bir bayram sayılır. Çin qaynaqlarından Kutadgu Bilig-ə , Mahmud Qaşqarlı-dan Biruniyə, Nizami Mulk-un “Siyasətnamə”-dən Ağqoyunlu Uzun Həsənin qanunlarına qədər əldə olan materiallarda Novruzla əlaqəli qeydlər vardır.
Novruz nə sünniliklə, nə şiəliklə əlaqəsi olmayan, kökü islamdan öncəyə dayanan bir ənənədir. Yəni din və məzhəblə əlaqəli deyildir.
1990-1991-ci illərdə müstəqillik qazanan Azərbaycan, Qırğızıstan, Qazaxstan, Özbəkistan və Türkmənistan 21 Mart-ı Novruz bayramı/Ərgənəkon bayramı-nı “Milli bayram” olaraq elan etmişlər. 1991-ci ildə Türkiyə Türk dünyasıyla ortaq bir bayram olaraq qəbul etmişdir.
Novruz türk dövlətlərində müxtəlif adlarla da adlanmaqdadır: Nevruz, Sultani-Novruz, Sultani-Novrız, Ulustın-ulu, Navrıs Oyıx, Ulusun ulu günü, Küni, Ərgənəkon, Yeni il, Bozqurd və.s.
Novruz türklər tərəfindən Avrasiyada yayılmışdır. Çin mənbələrindən 21 Mart tarixlərində hunların bahar şənlikləri qeyd etdiyini, sonradan bu ənənəni uyğurlarda da müşayiət edirik. Ancaq Firdovsi “Şahnamə”-də bu bayramı İran ənənəsi ilə bağlayır. İran mənbələrində bu haqda məlumat XI əsrdən başlayır, miladdan öncəyə aid heç bir iran-farsi mənbəsində bu barədə məlumat yoxdur. Hunlarda isə əksinə məlumatlar miladdan öncəyə gedib çıxır.
Novruzun digər bir adı isə Ərgənəkon bayramıdır. Ərgənəkon 400 il 4 tərəfi dağlarla əhatəli vadidə yaşayan türklərin yaşam mübarizəsidir. Bir bahar günü türklərin Ərgənəkondan çıxması  və öz ata yurdlarına dönməsi ilə Türkün varlığını dosta-düşmənə göstərirlər. Və bu qayıdışla atalarımız yeni ənənəni yaradırlar.
“Ərgənəkon” Göy türklərin  ən böyük dastanıdır. Dastana görə Ərgənəkon, türklərin uzun müddət yaşayıb, çoxaldıqları müqəddəs bir torpaqdır. Bəzi qaynaqlar Ərgənkon dastanını Böyük Hun Dövlətinin adı ilə bağlayır. Hər iki halda Ərgənəkondan çıxış türk dastan tarixinin qızıl səhifəsidir. 

Comments

Popular posts from this blog

Qurdbaşlı Bayrağın Balası Bayraq.

Tarixdə hər bir millətə məxsus yüzlərlə simvollar,  rəmzlər mövcuddur. Türk millətinin də tarixində özünəməxsus rəmzlər və nişanlar yer alır. Türk kimliyinin və kültürünün ayrılmaz bir parçası olan bayraq və sancaqlar da Türk birlik və bağımsızlığının simgəsi-simvoludur. Veksillologiya  – bayraqları öyrənən elm. Azərbaycanda yeni, lakin perspektivli və vacib tədqiqat istiqamətlərindəndir. Yazımda türklərdə tuğ anlayışı; Ilk Müsəlman-Türk dövləti kimi qəbul edilən Qaraxanlıların (840-1212) bayraqlarında yer alan “doqquz tuğ” simvolu barədə məlumat yazacağam. Tuğ – Türklərdə ucuna atın quyruğu taxılmış mızraq. Rəvayətə görə, savaşda sancağını itirən bir türk, atının quyruğunu kəsib mızrağa taxmış və birliyi qorumuşdur. Beləliklə tuğ ortaya çıxmışdır. Sonralar bu quyruq rənglənmiş saçaqlarla əvəz olunmuşdur. Tuğlar zamanla qurdbaşlı bayraq da adlandırılıb. Bəzən hilaldan da istifadə olunan ( əsasən Osmanlı dönəmində) tuğlar, xanın əzəmətinin göstəricisi idi....

Tuareqlər :)

Uzaq Afrika ellərində bir xalq varki burda cəmiyyətdə ancaq qadınların hökmü keçir))) Bu möhtərəm-möhtəşəm xalq  tuareg(q) lərdir. Tuareg(q) xalqı Şimali və Qərbi Afrika xalqlarından olan bərbərlərin bir qoludur. Niger, Mali, Libya, Algeriya and Burkina Faso- kökləri tuareq tayfasındandır. Bəzi mənbələrdə təvarik tayfası kimi də xatırlanır. Tərəkəməlik onların həyat tərzinə çerilmişdir, dəvələrlə çölləri keçib, çadırlarda yaşayırlar. Ərəb yürüşləriylə İslamı qəbul edən bu xalqın kültüründə diqqət yetirilməli məqamlardan biri qadınların cəmiyyətdəki üstün roludur. Soy-kök qadından keçir, heyvanlar, çadırlar, hakimiyyət  və.s. bütün üstünlüklər qadınların əlindədir. Şəkildə təsvir olunanlarda  o “bəxtəvərlərdir”. ))) “Kadınlar saltanatı”-dan daha maraqlısı bu cəmiyyətdə kişilərin örtünməsidir. Digər İslam dövlətlərində qadınların örtünməsi  əsas sayılsada, bu toplum üçün kişilərin örtünməsi  vacibiyyət məsələsidir.

The ethnic origin of Safavids. Ruling before Shah Ismail.

Historical roots of Safavids go back to ancient periods. There have a lot of versions about the origin of Safavid dynasty. In historical literature there have mainly three conceptions about the ethnic origin of Safavids. Some   versions claim that the Safavids were Kurt (Persian), others claimed that they were Turkish  and one more sources indicated them as Arab origin. “Saffat-at-Safa” by Ismail ibn Bazzaz, is only source reflected the further ancestors of Safavids. The work of Darwish Tawakkul is about miracles, a typical sufi book and was composed in the second half of XIV century. The opinion of researches is remarkable that, very few manuscripts subjected changes such as “Saffat-at-Safa”. According to W.W.Bartold, the Safavids were Turkish origin and he attested this with fact sources. This scientist indicated, when he dealt with the eponym of this dynasty, its founder Sheikh Safiaddin (1252-1334) and his generation “this Ardabil sheikhs, undoubtedly, was not P...